Bakıda Füzulinin 515 illiyinə həsr olunmuş gecə keçirilib

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 515 illiyinə həsr olunmuş gecə keçirilib. “Rossotrudniçestvo” nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Ənvər Şeyxov Məhəmməd Füzulinin dünya mədəniyyəti xəzinəsinə verdiyi böyük töhfələrdən danışıb.
“Yuğ” teatrının baş rejissoru Vaqif İbrahimoğlu Füzulinin həyat və yaradıcılığının qəzəl və qəsidələrində yer almış mənəvi baxışları barədə danışıb. Onun çıxışı teatrın aktyorlarının ifasında şairin qəzəllərinin oxunması, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında muğam melodiyaları ilə müşayiət olunub. Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələri Füzulinin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO