Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası, “Kaspi”, “Həftə içi”, “Nedelya” qəzetlərinin və Rusiya Federasiyasının “Tatar-inform” Agentliyinin təşkilati dəstəyi ilə keçirilən beynəlxalq hekayə müsabiqəsinin təqdimatı olub.
Azərbaycan yazıçıları ilə yanaşı MDB, eləcə də digər ölkələrdən yazıçıların qatılacağı müsabiqənin məqsədi Azərbaycan ədəbiyyatında müasir nəsr formalarının inkişaf etdirilməsi, beynəlxalq ədəbi mühitin nəzər-diqqətinin Bakıya yönəldilməsidir.
Müsabiqənin münsiflər heyətində Azərbaycanın tanınmış mədəniyyət xadimləri təmsil olunacaqlar. Müsabiqənin şərtlərinə əsasən, müəlliflərin təqdim edəcəkləri hekayə bir çap vərəqindən çox olmamalıdır.
I, II, III yerləri qazanmış müəlliflər diplom və prizlərlə mükafatlandırılacaqlar.