Bakıda Avstriya kitabxanası açılacaq

Bakıda Avstriya kitabxanası açılacaqİyunun 9-da Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri, xanım Silviya Mayer Kaybiçlə görüşüb. Bu barədə ADU-nun mətbuat xidmətindən məlumat verilib. S. Seyidov Avstriyanın Qratz və Zalsburq universitetləri ilə əməkdaşlıqdan söz açıb və ADU-da fəaliyyət göstərən Avstriya Mərkəzinin fəaliyyəti haqda danışıb. O, ADU-da Avstriya kitabxanasının açılacağını söyləyib. Qarşılıqlı əlaqələrdə bütün sahələrin vacib olduğunu deyən xanım Silviya Mayer Kaybiç də təhsil sahəsində əməkdaşlığın xüsusi önəm daşıdığını bildirib. O, bu ay Avstriya xarici işlər nazirinin Azərbaycana səfər edəcəyini və Azərbaycan Dillər Universitetində Avstriya kitabxanasının açılışına qatılacağını deyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO