Bakıda “analoqu olmayan kitab mərkəzi ” açılacaq

Bakıda "analoqu olmayan kitab mərkəzi" açılacaqYaxın zamanlarda Azərbaycan Diplomatiya Akademiyasının birinci mərtəbəsində yeni Kitab Mərkəzi açılıcaq. Sahəsi 900 kvadratmetr təşkil edən obyekt, layihə müəlliflərinin dediyinə görə, ölkədə “analoqu olmayan kitab mərkəzi” olacaq. Bu sadəcə kitab satışı mərkəzi olmayacaq. Mərkəzdə yeni ədəbiyyat nümunələrinin təqdimatı, ədəbi müzakirələrin keçirilməsi üçün konfrans zalı, mərkəzə gələnlərin istirahəti üçün kafe, İnternet-klub, yeni kitablarla tanış olmaq istəyənlər üçün oxu zalı da yaradılacaq. Layihə müəlliflərinin uşaqlara yönəlik ideyaları da var. Uşaqların mərkəzdə kitablarla tanış olmaları, eyni zamanda əylənə bilmələri üçün ayrıca bölmə yaradılır. Burada işləyəcək personal həm maraqlandıqları kitabları tapmaqda uşaqlara yardımçı olacaq, həm də əyləncəli oyunlar keçirəcək. Qaliblərin mükafatı da təbii kitab olacaq. Yeni mərkəz dünyanın məşhur kitab brendlərini Azərbaycana gətirməyə iddialıdır. Bunun üçün ABŞ-ın, Almaniyanın, Fransanın, Böyük Britaniyanın nəşriyyatları ilə işbirliyi qurulur. Tanınmış kitab brendlərinin Mərkəzdə ayrıca bölmələri olacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO