Bakıda Aleksandr Puşkinin 210 illiyi qeyd olunacaq

Bakıda Aleksandr Puşkinin 210 illiyi qeyd olunacaqDekabrın 21-də M.F.Axundov adına kitabxanada dünya ədəbiyyatına öz şerləri ilə böyük töhfə vermiş dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 210-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılacaq.
Puşkinin çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb. Ədibin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO