Bakıda “20 yanvar abidə – kompleksi ” ucaldılıb

Bakıda "20 yanvar abidə - kompleksi" ucaldılıbMetronun “20 Yanvar” stansiyası yaxınlığında 20 Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Xatirə kompleksi Yanvar faciəsinin 20-ci ildönümü günü açılacaq.
Kompleksin ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Abidənin ətrafındakı meydana mərmər qranit döşənib. Layihəyə əsasən, kompleksin qarşısında 17 metr uzunluğunda 3 pilləli pilləkən və müasir işıqlandırma sistemi quraşdırılıb. Müəllifi heykəltəraş Cavanşir Dadaşov olan kompleksin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb.
Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş və yaralanan insanların ad və soyadları, habelə ümummilli lider Heydər Əliyevin qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri qızıl hərflərlə həkk olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO