AzərTAc xəbər verir ki, komissiyanın materialları xüsusi əhəmiyyət kəsb edir, çünki onların toplanması və mühafizəsi dövlət orqanları tərəfindən həyata keçirilib. Rəsmi sənədlər olan bu materialların təkcə hüquqi baxımdan deyil, həm də tarixi-siyasi və diplomatik cəhətdən böyük əhəmiyyəti var.
Dinc müsəlman əhalisinə qarşı ermənilərin törətdiyi vəhşilik və qəddarlıqlara dair faktların çoxluğu, tanınmış və imkanlı azərbaycanlıların ünvanlarının əvvəlcədən hazırlanmış siyahılarının olması barədə məlumatlar, şəhərin müxtəlif hissələrində döyüş əməliyyatlarının eyni vaxtda və mütəşəkkil formada başlanması və sair dinc azərbaycanlı əhalinin məqsədyönlü və kütləvi şəkildə məhv edilməsi planının mövcud olmasını göstərir.
«Media forum»