Bakı Dövlət Universitetinin Elmi kitabxanasının baş biblioqrafı həbs edildi

İranın “Doktor Abidi” firmasının Bakı şəhərindəki rəsmi nümayəndəsi həbs edildi. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, həmin şəxs Sədaqət İsmayılovdur. O, Cinayət Məcəlləsinin 196-cı (kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsilə axtarışda olub.

Milli.Az xəbər portalından əldə etdiyi məlumata görə, “Doktor Abidi” firması ilə yanaşı, Sədaqət İsmayılov Bakı Dövlət Universitetinin Elmi kitabxanasının baş biblioqrafi vəzifəsində işləyirmiş. O, 2006-cı ildə Valeh Hüseynovdan 33 min dollar alaraq geri qaytarmayıb. S.İsmayılov pulu alarkən deyib ki, güya İrandan ölkəyə müxtəlif dərmanlar gətirir və bu firmanın dövriyyəsini artırmaq üçün maliyyə vəsaitinə ehtiyacı var. S.İsmayılov pulu alarkən V.Hüseynova onu firmasına işə götürəcəyinə və özünə şərik edəcəyinə də söz verib. Borcu qaytarılmayan V.Hüseynov hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət edib. Şikayətçinin ərizəsinə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində baxılıb. V.Hüseynovun ərizəsi əsasında toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilib və bu işin mülki qaydada məhkəməyə verilməsi məqsədəuyğun hesab edilib. O, bundan sonra iddia ərizəsilə Xətai Rayon məhkəməsinə müraciət edib. Hakim İlqar Qaralovun rəhbərliyilə keçirilən məhkəmə iclasında qərara alınıb ki, Sədaqət İsmayılovdan Valeh Hüseynovun xeyrinə məzənnə üzrə manatla 33 000 ABŞ dolları və iş üzrə ödənilmiş 19 manat 30 qəpik dövlət rusumu tutulsun. Lakin məhkəmə qətnaməsi də icra edilməyib. Bundan sonra S.İsmayılovun barəsində axtarış elan olunub. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində S.İsmayılov sentyabrın 3-də tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO