Bakı Dövlət Universiteti jurnalistləri mükafatlandırdı

Bakı Dövlət Universiteti (BDU) və Parlament Jurnalistləri Birliyinin bu ali təhsil ocağının 90 illiyi münasibətilə elan etdikləri yazı müsabiqəsinə yekun vurulub. Oktyabrın 31-də BDU-da keçirilən mərasimdə ali təhsil müəssisəsinin rektoru, akademik Abel Məhərrəmov jurnalistlərə göstərdikləri diqqətə görə təşəkkür edib.
Modern.az xəbər verir ki, müsabiqəyə 50-dən artıq məqalə təqdim olunub. Münsiflər heyəti onlardan yalnız 9-nu mükafata layiq bilib.
Mərasimdə qalib jurnalistlərə BDU-nun 90 illiyi münasibətilə buraxılan medal, buklet və pul mükafatı təqdim edilib.

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO