“Bakı Dövlət Universiteti – 90” adlı kitab nəşr olunub

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun “Bakı Dövlət Universiteti – 90” adlı kitabı nəşr olunub. Modern.az xəbər verir ki, “Bakı Universiteti” nəşriyyatı tərəfindən nəşr olunan kitabın redaktorları professor İsmayıl Əliyev və dosent Fikrət Şiriyevdir. Kitabda Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 90 ildə keçdiyi çətin və şərəfli tarixi yol zəngin faktlar əsasında işıqlandırılıb, universitetin fəaliyyət dövrləri ümumiləşdirilib, beynəlxalq əlaqələr şərh olunub, müasir inkişaf göstəriciləri, habelə universitetin ayrı-ayrı fakültələri, kafedraları və digər qurumları haqqında ətraflı məlumat verilib. Kitab müxtəlif elm sahələrində çalışan ziyalılar və geniş oxucu kütləsi üçün dəyərli mənbə hesab oluna bilər.

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO