Baş redaktorun həbs müddəti uzadıldı

Bu gün saat Nəsimi rayon Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətə baxılıb. Məhkəmə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu vəsasətini nəzərə alıb.
Modern.az saytının məlumatına görə, məhkəmənin qərarı ilə Ə.Zeynallı barəsindəki həbs qətimkan tədbiri aprelin 20-dək uzadılıb.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs olunub. Iddia olunub ki, Ə.Zeynallı Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəyib.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Sonra daha üç nəfər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edərək Əvəz Zeynallıya rüşvət verdiyini deyib. Həmin şikayətlər əsasında Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO