Baş redaktorlar evsiz jurnalistlərindən danışdılar

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun jurnalistlər üçün tikdiyi bina artıq tamamlanmaq üzrədir. Mənzillərin bölünnməsi zamanı fərdi müraciətlərin əsas götürüləcəyi deyilir. Bəs baş redaktorlar rəhbərlik etdikləri redaksiyalarda hansı jurnalistlərin kirayədə yaşadığını bilirlərmi?

Modern.az-ın əməkdaşı redaksiyalardan münasibət öyrənməyə çalışıb.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli saytına açıqlamasında bildirib ki, onlar bu barədə düşünməyiblər.
“Yəqinki redaksiyada evi olmayan jurnalistlər var, amma bunu hələ müzkairə etməmişik. Həm də kriteriyalar müəyyənləşməyib ki, seçim necə olacaq”.

“Şərq” qəzetinin baş redaktoru Akiş Aşırlının sözlərinə görə, redaksiyada evsiz jurnalistlər çoxdur. “Amma bu məsələ hələ müzakirə olunmayıb. KIVDF tərəfindən hələlik müəyyən olunan kriteriya jurnalistlərin fərdi şəkildə müraciət etməsidir. KİVDF tərəfindən digər kriteriyalar müəyyənləşəcək və kimə lazım bilinsə ev veriləcək. Belə redaksiyada əksəriyyət gənclərdir və bu gün evə ən çox ehtiyacı olan da onlardır”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, qəzet bu işə qarışmır. “Hər bir jurnalist fərdi şəkildə fonda müraciət etməldir. Fond tərəfindən kim münasib bilinsə o da ev alacaq”.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı da redaksiyada evsiz jurnalistlərin siyahısının tutulmadığını bildirib. “Qaydalara görə hər jurnalist fərdi şəkildə fonda müraciət etməlidir. Əgər desələr ki, siyahı tutulsun, o zaman bu məsələyə baxacağıq”.

“Yeni Musavat” qəzetinin redaktoru Azər Ayxan onlarda evsiz jurnalistlərin sayının kifayət qədər çox olduğunu deyir. Amma onların dəqiq siyahısını bilmir.
“Biz o siyahını hələ tərtib etməmişik. Həm də rəsmi mövqe olsun ki, redaksiyalar siyahı təqdim etsin, o zaman biz də evsiz jurnalistlərimizin adlarını verərik”.

“Yeni Azərbaycan” qəzeti Hikmət Babaoğlu hələlik bu məslənin onların gündəmində olmadığını bildirib. O qeyd edib ki, vaxtı çatanda onlar bu məsələyə baxacaqlar.

“Üç nöqtə”ninin baş redaktor müavini Şahin Əliyev: “Bizdə hardasa 2-3 nəfər var ki, evləri yoxdur. Amma burada biz əsas iş stajı götürdüyümüz üçün onlardan yalnız bir nəfəri seçəcəyik. Amma belə də KİVDF jurnalistlərin fərdi qaydada müraciət etməsini bildirib. Belə həm onlar, həm də bizim üçün rahatdır”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz da qeyd edib ki, redaksiyada əksər jurnalistlərin evi yoxdur. “Amma bu əsas deyil. Biz müzakirə etmişik ki, birinci növbədə kimlər çox işləyibsə, onlar müraciət etsinlər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO