Baş redaktor Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb

“Yeni qəzet”in baş redaktoru Kamran Məhərrəmli ona gizli nömrədən olan hədə-qorxu zəngləri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etmişdi. Müraciətlə bağlı baş redaktor DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb.

Baş redaktor saytımıza açıqlamasında bildirib ki, əvvəlcə ona DİN-in və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi zəng edərək məsələnin tezliklə həll olunacağını, narahatçılığa əsas olmadığını və müraciətin nazirin nəzarətində olduğunu bilidiriblər.
“Sonra məni DİN BMCMİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov qəbul etdi. İnanıram ki, məsələ yaxın günlərdə həllini tapacaq və günahkar şəxslər öz layiqli cəzasını alacaq.

Kamran Məhərrəmli sonda onu da bildirib ki, əhali arasında “Bandotdel” kimi pis imiclə tanınan BMCMİ-nin rəhbərliyi, şəxsən general Mirqafar Seyidov tərəfindən yüksək insani münasibət, mətbuata sayğı görüb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO