AzərTAc-ın 90 illiyinə gələn qonaqları prezident İlham Əliyev qəbul etdi

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Teleqraf Agentliyinin – AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul edib.

APA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, görüşdə Prezident İlham Əliyev qeyd edib ki, AzərTAc-ın yubileyi çərçivəsində keçirilən ənənəvi tədbir qonaqlara Azərbaycanla daha yaxından tanış olmaq imkanı yaradır.

Dövlət başçısı belə görüşlərin, aparılan fikir mübadilələrinin ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaya daha geniş imkanlar açdığını vurğulayaraq deyib ki, bu baxımdan informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin fəaliyyətindən çox şey asılıdır. Həqiqi məlumatın vaxtında verilməsi operativ qərarların qəbulu, proseslərin düzgün şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol oynayır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO