AzərTAc Dövlət İnformasiya Agentliyi Azərbaycan tarixinin böyük şahididir – Əli Həsənov

AzərTAc Dövlət İnformasiya Agentliyi Azərbaycan tarixinin böyük şahididir - Əli HəsənovAzərTAc Dövlət İnformasiya Agentliyi Azərbaycan tarixinin böyük şahididir. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əl Həsənov bazar ertəsi jurnalistlərə deyib.

Bu gün AzərTAc-ın 90 illiyi tamam olur.

“Bu gün təkcə qocaman AzərTAc agentliyi üçün deyil, həm də bütün Azərbaycan KİV-i üçün mühüm gündür”, – Həsənov bildirib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev AzərTAc-ın direktorunu və bəzi əməkdaşlarını mükafatlarla təltif edib. “Azərbaycanın ümummilli lideri Heydər Əliyev hər zaman bu agentliyin işinə böyük önəm verib”, – Həsənov deyib.

Onun sözlərinə görə, əvvəllər ölkə əhalisi dünyada baş verən hadisələr haqqında məlumatı əsasən Rusiya KİV-indən alırdı. “Lakin müstəqillik əldə olunduqdan sonra alternativ informasiya mənbəyi – AzərTAc yarandı. AzərTAc-ın kollektivi böyük vətənpərvərlik ruhuna malikdir. Onlar obyektivdirlər, lakin hadisələri vətənpərvərlik nöqteyi-nəzərindən işıqlandırırlar”, – Həsənov əlavə edib.

Həsənov qeyd edib ki, AzərTAc bütün beynəlxalq informasiya strukturlarına daxildir. “AzərTAc ilə yanaşı, Azərbaycan televiziyası da ölkəmizin xronikasının yaradılmasına öz böyük töhfəsini verib. Jurnalist peşəsi çox çətindir. Mən Prezidentin adından və öz adımdan AzərTAc-ın kollektivini təbrik edirəm”, – o bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO