Azərbaycanın Meksikadakı səfirliyi Xocalı faciəsinə həsr olunan tədbir keçirib

Azərbaycanın Meksikadakı səfirliyi Xocalı faciəsinə həsr olunan tədbir keçirib“Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən bir sıra təbliğat-informasiya xarakterli tədbirlər təşkil olunub. Mehriban Ələkbərzadənin müəllifi olduğu “Azərbaycanda Xocalı soyqırımı” adlı sənədli film ispan dilinə tərcümə edilib və səsləndirilib. Bundan əlavə, ispan dilində Xocalı soyqırımına həsr edilmiş iki internet səhifəsi (www.justiciaparajodyali.org, www.justiceforkhojaly.mx) hazırlanaraq istifadəyə verilib. İnternet səhifələrində Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı soyqırımının təfərrüatları barədə audioyazı, həmçinin Toni Blekmen və “Dəyirman” qrupunun birgə ifa etdiyi rep musiqi klipi də yerləşdirilib.
Fevralın 23-də Meksikanın paytaxtı Mexiko şəhərində Latın Amerikası regionunda ən məşhur ali təhsil ocaqlarından biri və qədim tarixə malik olan Meksika Milli Avtonom Universitetində (UNAM) Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə konfrans keçirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO