“Azərbaycanın kitab abidələri “

"Azərbaycanın kitab abidələri"Azərbaycan kitabxanalarında aşkar edilmiş nadir və qiymətli nəşrlər (Kitab abidələri) Azərbaycan Respublikasının milli – mədəni sərvətlər reyestrinə daxil edilib. Toplanmış materiallar əsasında respublikada mövcud unikal və nadir nüsxəli kitablar, xüsusi əhəmiyyətli çap sənədləri, nadir kitablar, əlyazmalar, qəzetlər, jurnallar, diyarşünaslığa aid nəşrlər, xəritələr, açıqcalar, poçt markaları, notlar, müəlliflərin sağlığında nəşr edilmiş əsərləri, görkəmli şəxslərin avtoqraf yazdıqları kitablar haqqında məlumatları əks etdirən “Azərbaycanın Kitab abidələri” adlı elektron nəşri hazırlanıb. CD-nin I buraxılışına Prezident Kitabxanasında, M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Texniki Universitetin, Pedaqoji Universitetin, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Dillər Universitetinin kitabxanalarında, Respublika Elmi Tibb Kitabxanasında, Respublika Elmi Texniki Kitabxanasında, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasında, C. Cabbarlı adına Dövlət Teatr Muzeyində, L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Musiqi Mədəniyyəti Dövlət Muzeyində, şəhər (rayon) kitabxanalarında və tarix-diyarşünaslıq muzeylərində mühafizə edilən nadir və unikal kitablar və s. nəşrlər daxil edilib. CD-də müxtəlif müəssisələrdə saxlanılan kitab abidələrinin foto kolleksiyası da istifadəçilərə təqdim olunur. “Azərbaycanın Kitab abidələri” adlı elektron nəşrdə respublikada saxlanılan ən qədim kitablar da müəyyən edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO