Azərbaycanın internet istifadəçiləri üçün iki yeni müsabiqə…

Sentyabrın 15-dən etibarən Milli İnternet Mükafatı uğrunda müsabiqə başlayacaq. Modern.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz məlumat verib. 11 nominasiya üzrə keçiriləcək müsabiqə bu ilin dekabrında yekunlaşacaq.

“Aquavita” şirkəti isə internetdə bloq yazanlar üçün “Mən nə içdiyimi bilirəm” mövzusunda bloq yazısı müsabiqəsi elan etməyə hazırlaşır. Bu gündən başlayan və sentyabrın sonuna qədər davam edəcək müsabiqədə birinci yerin sahibi “Samsung Galaxy Tab” mobil telefonu əldə edəcək. Müsabiqədə iştirak etmək istəyənlər yazılarını mütləq öz bloqlarında yayıb linki “Aquavita”nın Facebook səhifəsinə göndərməlidirlər. Müsabiqə haqqında ətraflı məlumat bu günlərdə yayılacaq.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO