Müasir Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri olan Rəna Yüzbaşının “Skinxed” kitabı Rusiyanın tanınmış nəşriyyat evi “Eksimo” tərəfindən çap olunacaq. Kitabın fevral ayında işıq üzü görməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, R.Yüzbaşı ilk azərbaycanlı qələm ustasıdır ki, qeyri-slavyan irqindən olan insanlara qarşı olan skinhedlər mövzusuna müraciət edib.
“Skinxed” əsərinin qəhrəmanı, buraxılış sinfində oxuyan Artyom adlı gəncdir. Müəllif hesab edir ki, onun nəticədə skinhedə çevrilməsində cəmiyyət günahkardır. Yazıçının əsas məqsədi ksenofobiya, faşizmin yaramaz təzahürlər olduğunu oxuculara çatdırmaqdır.