Azərbaycanlı karikaturaçı daha iki mükafat qazanıb

Azərbaycanlı karikaturaçı daha iki mükafat qazanıbAzərbaycanın tanınmış karikatura ustası, beynəlxalq müsabiqələrin qalibi Seyran Cəfərli diplomlarının sayını artırıb. Karikaturaçı daha iki beynəlxalq müsabiqədə mükafat qazanıb. Bu barədə Seyran Cəfərli məlumat verib. Onun sözlərinə görə, o, Serbiyada keçirilən “Aleksandr Klas” beynəlxalq karikatura yarışmasına qatılıb. Bu müsabiqədə 40 ölkədən 201 karikaturaçının 601 əsəri iştirak edib. Seyran Cəfərlinin əsəri müsabiqənin xüsusi diplomuna layiq görülüb.
Karikaturaçımız Şimali Kiprdə keçirilən “Naci Talat” beynəlxalq dostluq yarışmasına da öz əsərini göndərib. 22 ölkənin 52 karikaturaçısının yarışdığı müsabiqədə Seyran Cəfərlinin əsəri ikinci yeri qazanıb.
Məlumat üçün deyək ki, Seyran Cəfərli Azərbaycanda yeganə karikaturaçıdır ki, 10 il ərzində müxtəlif beynəlxalq müsabiqələrdən 86 mükafat qazanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO