Xəbər verdiyimiz kimi, bu gün Azərbaycandan olan bir qrup jurnalist təşkilatı rəhbəri Türkiyə Qəzetcilər Federasiyasının illik toplantısında iştirak etmək üçün Türkiyənin Kayseri şəhərinə 3 günlük səfərə gedib. Qrupa Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı daxildir.
Artıq Kayseridə olan Elşad Eyvazlı Modern.az saytına bildirib ki, azərbaycanlı jurnalistləri oktyabrən 20-də Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gül qəbul edəcək.
Həmkarımızın sözlərinə görə, Türkiyə Qəzetcilər Federasiyasının oktyabrın 20-dən 23-dək Kayseridə keçiriləcək toplantısında prezident Abdulla Gül də iştirak edəcək.
Kayseridə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqımları ilə bağlı sərgi də təşkil olunacaq.
Modern.az