Azərbaycanlı jurnalistlər məşhur portuqaliyalı məşqçi barədə…

Jurnalistlər təşkilatı hesab edir ki, portuqaliyalı mütəxəssis “2010-cu ilin futbol adamı” siyahısına başçılıq edəcək

“İspaniyanın ”Real-Madrid” futbol klubunun baş məşqçisi Joze Mauriniyo 2010-cu ildə dünyanın ən bacarıqlı baş məşqçisi kimi dütün dünyanın futbol yaddaşında və İtaliyanın “İnter” klubunun tarixində qalacaq”.
Bu barədə “Jurnalistlər Sülh Ugrunda” İctimai Birliyi açıqlama yayıb. Qururumun informasiya mərkəzinin yaydıgı məlumatda qeyd olunur ki, potuqaliyalı mütəxəssisin yola saldıgımız il ərzində əldə etdiyi böyük ugurlar, xüsusi ilə futbolun dünyada daha da sevilməsi üçün atdıgı addımlar onun 2010-cu ilin 10 ən yaxşı futbol adamı siyahısında birinci yeri tutmasına imkan verir. J.Mauriniyo İtaliyanın “İnter” klubunun otuz ilə yaxın bir müddətdəki həsrətinə son qoyaraq onu Çempionlar Liqasının finalına daşıyıb və qitənin ən nüfuzlu kubokunu “İnter”ə qazandırıb ki, bu da olduqca önəmli göstəricidir. Üstəgəl onun “İnter”i İtaliya çempionluguna qovuşdurması da J.Mauriniyonun Avropanın ən bacarıqlı futbol mütəxəssisi oldugunu bariz şəkildə ortaya qoyur. Xüsusilə onun 2009-2010-cu Çempionlar Liqası mövsümündə “Çelsi” “Bayern-Münhen” və “Barselona” futbol klubları ilə keçirilən oyunlarda hazıladıgı mükəmməl oyun sistemi portuqaliyalı mütəxəssisin əsl “futbol professoru” oldugunu sübut edir.

Xatırladaq ki “Jurnalistlər Sülh Ugrunda” İctimai Birliyi dekabrın birinci ongünlüyündə 2010-cu ildə dünyanın 10 ən yaxşı baş məşqçisini, dünyanın ən yaxşı futbolçusunu və futbol adamını elan etməyi planlaşdırır. Bununla baglı peşəkar futbol mütəxəssislərindən ibarət ekspert qrupunun yaradılması üçün aparılan iş də yekunlaşmaq üzrədir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO