Azərbaycanlı jurnalistlər AŞ PA prezidentilə görüşüblər

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və sədr müavini Xətayi Əzizov Ankarada Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu ilə görüşüblər. E.Eyvazlı Modern.az-a bir saat sürən görüş barədə bunları deyib: “AŞ PA prezidenti bizimlə bir saat ərzində səmimi söhbət etdi. O, Ankara və Alanyada keçirdiyimiz “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar fotolarda” adlı fotosərginin zəruri olduğunu qeyd etdi. Bundan başqa, Azərbaycan mətbuatının son durumu da müzakirə mövzusu oldu. Çavuşoğlu müstəqil mətbuatın inkişafının hər bir ölkə üçün əhəmiyyətli olduğunu vurğuladı”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO