Azərbaycanlı jurnalistin ilk üçlükdə göstərdiyi futbolçular “Qızıl top ” un ilk üçlüyündə yer aldı

“Qızıl top” mükafatının sahibi Lionel Messi oldu. Argentina milli komandası və İspaniyanın “Barselona” klubunun hücumçusu “France Football” jurnalının ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün 54-cü dəfə keçirdiyi sorğuda 480 mümkün xaldan 473-nü toplayaraq birinci olub.

Portuqaliya milli komandası və Madrid “Real”ının forvardı Kriştianu Ronaldo 233 xalla ikinci, İspaniya milli komandası və “Barselona”nın yarımmüdafiəçisi Xavi 170 xalla üçüncü yerdə qərar tutub.

Səsvermədə 96 ölkədən jurnalistlər iştirak edib. 2000-ci ildən Azərbaycanı sorğuda təmsil edən jurnalist Rasim Mövsümovun ilk üçlükdə göstərdiyi futbolçular “Qızıl top”un ilk üçlüyündə yer alıb. “Media forum”un məlumatına görə, Rasim Mövsümov birinci yerə Lionel Messini, ikinci yerə Xavini, üçüncü yerə Kriştianu Ronaldonu, dördüncü yerə Stiven Cerardı (İngiltərə, “Liverpul”), beşinci yerə Zlatan İbrahimoviçi (İsveç, “Barselona”) layiq bilib.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO