Azərbaycanlı jurnalist İsveçrədə aclıq aksiyasına başlayır

“Yeni Müsavat” qəzetinin İsveçrədə mühacirətdə olan əməkdaşı dekabrın 7-dən Sürixdə aclıq aksiyasına başlayacaq. APA-nın yaydığı xəbərə görə, bu barədə “Yeni Müsavat”ın redaksiyasına Elbəyi Həsənli özü məlumat verib.

Elbəyi Həsənli bildirib ki, bu addımı İsveçrədə minarəyə qadağa qoyulmasına və mühacirlərə qarşı başlayan səlib yürüşünə, aşağılayıcı davranışlara etiraz olaraq atır. “Yeni Müsavat”ın mühacirətdə olan əməkdaş deyib ki, İsveçrədə minarəyə qadağa qoyulmasına etiraz etməyi bir müsəlman kimi özünə borc bilir. Elbəyi Həsənli başladığı aksiyaya dəstək vermək üçün Türkiyə və Azərbaycan mediasına müraciət edib. Onun başladığı aksiyanın neçə gün davam edəcəyi hələlik bəlli deyil.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO