Dekabrın 8-11-də Moskvada “Şərqi Avropada jurnalistikanın gələcək təminatı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistlər Şəbəkəsi və Rusiya Jurnalistlər Birliyinin təşkil etdiyi konfransda Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrdən Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan və Azərbaycandan, Şərqi Avropanın keçmiş sosialist ölkələrindən 200 nümayəndə iştirak edib.
Jurnalistlərin Həmkarlar İttifaqından (JuHİ) “Media forum” saytına verilən məlumata görə, konfransda medianın durumu, yeni media təşəbbüsləri mövzusunda müzakirələr aparılıb. Media sahəsində ortaya çıxan yeni proseslər və onların tənzimlənməsi mexanizmləri xüsusilə diqqət mərkəzində olub. Onlayn medianın inkişafı, elektron medianın durumu, internet mediasının çap və elektron media ilə qarşılıqlı münasibəti konfransın müzakirəsinə təqdim edilib.
JuHİ-nin sədri Müşfiq Ələsgərli konfransda “Gələcəkdə etik jurnalistikanın qorunması və inkişaf etdirilməsi” mövzusunda məruzə ilə ilə çıxış edib. O, çıxışında Azərbaycanda medianın durumu, etik prinsiplərin tənzimlənməsi mexanizmlərindən danışıb.
“Media forum”