Mayın 19-da Hamburqda Gerd Buserius adına «Şərqi Avropada azad mətbuat» mükafatının təqdimat mərasimi keçirilib. (Turan).
Laureatlar arasında tanınmış azərbaycanlı jurnalist Şahvələd Çobanoğlu və ANTV-online internet televiziyası da var. Bu internet layihəsinin rəhbərləri həbsdə olan bloqçular Emin Milli və Adnan Hacızadədir.
Laureatlara 10 min avro verilib.
Almaniyanın «Zite-Ştivtunq» və Norveçin «Azad söz» fondları Gerd Buserius adına mükafatı Şərqi Avropanın keçid dövrü yaşayan ölkələrinin mətbuat, söz azadlığı və liberal vətəndaş cəmiyyəti uğrunda mübarizə aparan jurnalistlərinə təqdim edirlər.
Əvvəllər Azərbaycandan bu mükafatı «Turan» agentliyi, «Zerkalo» qəzetinin icmalçısı Rauf Mirqədirov, «Azadlıq» qəzeti, «Bizim yol» qəzetinin icmalçısı Natiq Cavadlı alıb.