Azərbaycanlı jurnalist 8 il həbsə məhkum edilib

Təbriz İnqilab Məhkəməsi azərbaycanlı jurnalist, qadın hüquq müdafiəçisi Şahnaz Qulaminin 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qiyabi hökm çıxarıb.

“Media forum” saytının məlumatına görə, Ş.Qulami İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda, yalan məlumat yaymaqda və Xalq Mücahidləri Təşkilatı ilə əməkdaşlıqda günahlandırılıb. İran dövləti, o cümlədən ABŞ Xalq Mücahidləri Təşkilatını terrorçu təşkilat kimi tanıyır.

Ş.Qulami 1 ilə yaxındır qızı ilə birlikdə İranı tərk edib. O, hazırda Türkiyədə yaşayır.

Azərbaycan milli kimliyi və qadın hüquqları uğrunda apardığı mübarizəyə və mətbuatdakı müxtəlif yazılarına görə dəfələrlə təzyiqə məruz qalan Ş.Qulami 1999-2003-cü və 2008-2009-cu illərdə İranda həbsdə olub.

Ş.Qulami jurnalistlərlə söhbətində Xalq Mücahidləri Təşkilatı ilə əməkdaşlıq etməsi ittihamını rədd edib.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO