Azərbaycanlı şairlərin şeirləri Türkiyədə çap olunub

Türkiyənin ən uzunömürlü dərgisi olan “Çağrı”nın səhifələrində tez-tez Azərbaycan ədəbiyyatı nümunələrinə yer verilir. Türkiyədə yaşayan şair Məmməd İsmayılın təqdimatında dəfələrlə şairlərimizin şeirləri jurnalın səhifələrində türk oxucularına çatdırılıb. Jurnalın son nömrəsində yenə M.İsmayılın “Sənətin söz karvanı” adlı məqaləsi və onun təqdimatında Azərbaycan şairlərinin şeirlərinə yer ayrılıb. Təqdimat məqaləsində ümumən Azərbaycan şeirinin təkamül mərhələlərindən söz açılır, şairlərimizdən Azər Abdulla, Aydın Qurbanoğlu və Zirəddin Qafarlının yaradıcılığından bəhs olunur. “Çağrı”nın bu nömrəsində A.Abdullanın “İstambul uzaqmı?!”, “Əcaba, bu qapı niyə açılmaz”, Aydın Qurbanoğlunun “Gənə çinarları”, “Tut ağacı” və Zirəddin Qafarlının “Sənsiz”, “İmiş” şerlərinə yer verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO