Azərbaycanda yeni qəzet nəşr olunub

Azərbaycanda yeni qəzet nəşr olunubAzərbaycanda “Paytaxt mədəniyyəti” adlı yeni qəzet çap olunub. Yeni nəşr “İstehsalda keyfiyyət, istehlakda qənaət, davranışda mərifət!” devizi altında fəaliyyətə başlayıb.
İlk nömrə 5 min 500 nüsxə tirajla çap edilib. Qəzetin təsisçisi və baş redaktoru hacı Rafiq Əliyev oxuculara müraciətlə yazır: “Çalışacağıq ki, qəzet Bakı sakinlərini düşündürən, narahat edən hər bir məsələnin üzərinə işıq sala bilsin, həyatımızı çətinləşdirən, gözəl paytaxtımızın adına, şöhrətinə layiq olmayan nöqsanların aradan qaldırılması yolunda qərəzsiz mövqedən çıxış edən etibarlı mətbu orqan olsun.”
İlk nömrədə hacı Rafiq oxucularla polemikaya girib şəhərlər necə yaranıb, paytaxt şəhər nə deməkdir, paytaxt mədəniyyəti nədir suallarına cavab verir, beş min beş yüz yaşı olan şəhər-Bakı haqqında söz açır.
Qeyd edək ki, qəzet oxuculara pulsuz paylanır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO