Azərbaycanda yeni açılacaq radionun sahibi sabah müəyyənləşəcək

Azərbaycanda yeni açılacaq radionun sahibi sabah müəyyənləşəcək Yanvarın 18-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçiriləcək. Şuranın hüquq şöbəsindən APA-ya verilən məlumata görə, iclasda 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq və radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilmiş müsabiqə ilə bağlı müzakirə aparılacaq.

Qeyd edək ki, ötən ilin noyabrın 25-dən dekabrın 25-dək radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilmiş müsabiqəyə üç iddiaçı, iki hüquqi şəxs – “Golden Prince” MMC (“Azad Xəbər”), “Obyektiv – Televiziya və Radio Yayım Şirkəti” MMC (“Radio Obyektiv”) və bir fiziki şəxs – Cəfərov Rəsul Ağahəsən oğlu (“Alternativ radio”) sənədlərini təqdim edib. Şura tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinə uyğun olaraq 1 ay müddətində müsabiqənin nəticələrinə baxılmalı və həmin qanunun 15.5-ci maddəsinin və “Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları”nın tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO