Avropa Şurası Azərbaycanın Mətbuat Şurası ilə birgə noyabrın 16-da “Azərbaycanda diffamasiya və söz azadlığı” mövzusunda konfrans keçirəcək, bu barədə AŞ-nin Bakı ofisindən bildirilib.
“Konfransda Azərbaycanda söz azadlığının vəziyyəti, diffamasiya haqqında qanunun qəbul edilməsinin vacibliyi barədə müzakirələr keçiriləcək”, – məlumatda deyilir.
Konfransda Azərbaycan Prezident Administrasiyası və Milli Məclisin, beynəlxalq təşkilatlar və səfirliklərin nümayəndələrinin iştirakı gözlənilir.