Azərbaycanda rus dilinin saxlanması məsələlərinə dövlət səviyyəsində diqqət yetirilir

Azərbaycanda rus dilinin saxlanması məsələlərinə dövlət səviyyəsində diqqət yetirilir Rusiya Prezidenti Dmitri Medvedev və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün gündəliyində duran əsas məsələlərdən biri iki ölkə arasında humanitar əlaqələrin müzakirəsidir.
AzərTAc İTAR-TASS-a istinadla xəbər verir ki, son iki ildə bu sahədə bir çox mühüm layihələr həyata keçirilmiş, o cümlədən Bakıda M.V.Lomonosov adına MDU-nun Bakı filialı, Rusiya İnformasiya Mədəniyyət Mərkəzi, Rus Kitabı Evi açılmış, Birinci Azərbaycan-Rusiya Forumu keçirilmişdir ki, bu tədbirə də tərəflər ədəbiyyat, elm, mədəniyyət xadimlərinin və KİV nümayəndələrinin daim ünsiyyətdə olduqları meydan statusu vermişlər.
İTAR-TASS-ın informasiyasında vurğulanır ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan rus dilinin istifadə dairəsi məhdudlaşdırılmayan və onun saxlanmasına dövlət səviyyəsində qayğı göstərilən azsaylı MDB ölkələrindən biri olmuşdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO