Azərbaycanda Respublika Qiraət Müsabiqəsi keçiriləcək

Azərbaycanda Respublika Qiraət Müsabiqəsi keçiriləcək  Dekabr ayının 01-dən 03-dək Göyçay şəhərində Rəsul Rzanın 100 illiyinə həsr olunmuş « Deyilən söz yadigardır» V Respublika Bədii Qiraət Müsabiqəsi keçiriləcək. Müsabiqədə 18 yaşından 30 yaşınadək hər bir şəxs (dövlət teatrlarında çalışan aktyorlar, şəhər və rayon mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin üzvləri) iştirak edə bilər. Müsabiqə iki tur üzrə – seçim turu (2 gün) və final (1 gün) keçirilir.
Iştirakçılar müsabiqəyə qəzəl, şer, mənsum şer, poema, hekayə ilə ilə bərabər Rəsul Rza poeziyasının nümunələrini də daxil etməlidirlər. Qaliblər üçün aşağıdakı mükafatlar təsis edilib:
I mükafat- 500 manat, I dərəcəli diplom
II mükafat- 300 manat, II dərəcəli diplom
III mükafat- 250 manat, III dərəcəli diplom
3 həvəsləndirici mükafat – hər biri 100 manat və diplom
Dövlət təşkilatları, ictimai və özəl təşkilatlar (birliklər) müsabiqənin qalibləri üçün xüsusi mükafatlar təsis edə bilərlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO