Azərbaycanda neçə qəzetin çıxdığı və nə qədər tirajla nəşr olunduğu açıqlandı

Azərbaycanda ümumilikdə 850 min tirajla 325 adda qəzet yayımlanır. İdman qəzetlərinin yayım səviyyəsi 35-40, əyləncə qəzetlərinin 40-45, ictimai-siyasi qəzetlərin yayım səviyyəsi isə 75-80 faiz təşkil edir. Məlumatı Mətbuat Şurasının sədri Əflatun Amaşov aprelin 9-u mətbuat yayım firmalarının, kütləvi informasiya vasitələri rəhbərlərinin, ekspertlərin iştirakı ilə “Mətbuat yayımı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda keçirilən dəyirmi masada açıqlayıb.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edənlər Bakıda və bölgələrdə mətbuat yayımı sahəsindəki problemlərdən danışıb, rəy və təkliflərini bildiriblər.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO