Azərbaycanda Milli Mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə əlaqədar müsabiqə elan edilir

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi ilə əlaqədar regionlarda tədbirlərin təşkili üçün müsabiqə elan edir. Bu barəd Trend-ə fonddan bildiriblər.

Müsabiqədə iki ildən artıq fəaliyyət göstərən və təcrübəsi olan jurnalist təşkilatları iştirak edə bilərlər və sənədləri iyun ayının 23-dən iyul ayının 1-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək fondun ofisinə təqdim etməlidirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO