Azərbaycanda kriminal xəbər sahəsi üzrə ən yaxşı jurnalist kimdir? – SİYAHI

Femida.az Hüquq İnformasiya Portalının facebook səhifəsində (facebook.com/femidaportali) keçirilmiş “Azərbaycanda kriminal xəbər sahəsi üzrə ən yaxşı jurnalist kimdir?” sorğusu başa çatıb. Sorğunun yekunlarına əsasən, ən çox səs toplayan milli.az xəbər portalının baş redaktorunun müavini, kriminal sahə üzrə jurnalist Anar Məmmədov (308 səs) qalib olub.

İkinci yeri Azəri-Press Agentliyinin (APA) kriminal sahə üzrə əməkdaşı Hafiz Heydərov (231) tutub.

Növbəti yerlərdə olan jurnalistlər A.Məmmədov və H.Heydərovdan dəfələrlə az səs yığıblar.

Portal rəhbərliyi bildirib ki, sorğuda jurnalistlər, müxtəlif KİV-lərin rəhbərləri, dövlət və QHT sektorunun nümayəndələri, həmçinin facebook istifadəçisi olan digər şəxslər iştirak edib.

Sorğu nəticəsində birinci və ikinci yeri tutmuş kriminal xəbərlər üzrə jurnalistlər Anar Məmmədov və Hafiz Heydərovla bağlı Femida.az oxucularına geniş məlumat veriləcək, onlardan müsahibələr təqdim ediləcək.

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO