Azərbaycanda şirkətlər mətbuata hansı prinsiplərlə reklam verir?

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun “İfadə azadlığında reklamın rolu” fərdi qrant layihəsi başa çatıb. İki aylıq layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən 15 şirkət arasında reklamla bağlı sorğu aparılıb. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinbin sədri, layihənin koordinatoru Əkrəm Bəydəmirlinin sözlərinə görə, sorğu-araşdırmanın əsas məqsəd həmin şirkətlərin son üç ildə çap mətbuatına hansı kriteriyalarla reklam ayırması, bu qəzetlərin adlarının açıqlanması, çap mətbuatında reklam yerləşdirərkən hansı prinsiplərə əsaslanmasını müəyyən etmək olub.

Sorğu-araşdırmada iştirak edən şırkətləri üç qrupa bölmək olar:

Birinci qrupda olanlar: qəzetlərdə tirajın yüksək olmasını, reytinqini, çap məhsullarının keyfiyyətini nəzərə alaraq reklam veriblər. Bu şirkətlər: “Bakcell”, “Azercell”, “İmprotex Motors” MMC, “DNS Computers” şirkəti və s.

İkinci qrupda olanlar: vaxtilə reklam verib indi müxtəlif səbəblər üzündən reklamı dayandıran şirkətlərdir: “Statoil Azerbaijan”, “Elit Mebel”, “Catel” MMC, “Qafqaz Mineral Suları”, “AzEuroTel” və s.

Üçüncü qrupa daxil olan şirkətlər: daha çox rəsmi qəzetlərə reklam verən şirkətlərdir. Həmin şirkətlər sosial reklamlardan tutmuş digərlərini də rəsmi mətbuatda yerləşdirməyə üstünlük verirlər.

Aparılan araşdırmalardan və real vəziyyətdən aydın olur ki, qəzetlərə ayrılan reklamlar getdikcə azalmaqdadır. Çap mətbuatına reklamın azalmasına münasaibət bildirən şirkət nümayəndələrinin 21,5 %-i qəzetlərin tirajının aşağı düşməsini, 57%-i isə elektron mediaya və metro reklamına üstünlük vermələrini əsas gətiriblər. 11,5 % isə şirkətlərlə mətbuat və mətbuatla cəmiyyət arasında sivil münasibətlərin yaranmamasını önə çəkiblər.

Sorğu-araşdırma zamanı o da bəlli olub ki, şirkətlər il ərzində çap mətbuatına nə qədər reklam vəsaiti xərcləməsi ilə bağlı məlumat verməkdə maraqlı deyillər. Bunu şirkətdaxili məsələ kimi əsaslandırmağa çalışıblar. Bəzi şirkətlər ifrat siyasiləşmiş mətbuat orqanlarına reklam vermədiklərini bildiriblər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO