Azərbaycanda internet tarifləri 13% ucuzlaşıb

Dövlət Statistika Komitəsi sentyabr ayında nəqliyyat və telekommunikasiya sektorunda tariflərin dəyişməsi ilə bağlı rəsmi məlumat yayıb. Komitənin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 0,5% və 0,1% azalıb. Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 9,9%, yerli əlaqə üzrə 7,8%, ixrac üzrə 0,8%, tranzit üzrə 1,7%, həmçinin MDB ölkələrinə sərnişindaşıma tarifləri 7,0% ucuzlaşıb.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,1% ucuzlaşıb.
Hava nəqliyyatında xarici ölkələrə sərnişindaşıma tarifləri 0,1%, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,7% və 10,5% bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2% ucuzlaşıb.

Ucuzlaşma telekommunikasiya sahəsində internet tariflərindən də yan keçməyib – 13%.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO