Azərbaycanda həbsdə olan baş redaktor azadlığa buraxıldı

“Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin cəza müddəti başa çatıb

Azərbaycanda həbsdə olan qəzet baş redaktoru azadlığa çıxıb. APA-nın məlumatına görə, “Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin cəza müddəti başa çatıb. O, fevralın 9-da saxlanıldığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, DİN Daxili Qoşunlar (DQ) komandanlığı və “Azadlıq Hərəkatçıları Birliyi”nin sədri Təhmasib Novruzovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən, Nizami rayon Məhkəməsi 2009-cu ilin noyabrında “Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin 4 ay, qəzetin baş məsləhətçisi Fərəməz Novruzoğlunun isə 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Eyni hökmlə həmin vaxt qəzetin əməkdaşı olmuş Ramiz Tağıyev isə 6 ay müddətinə şərti iş alıb.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO