Azərbaycanda “Diaspora TV ” fəaliyyətə başlayır

Yaxın günlərdə “Diaspora TV” internet televiziyası və diaspora saytı fəaliyyətə başlayacaq. Bu barədə SalamNews-a “Diaspora TV” internet televiziyasının rəhbəri Samir Adıgözəlli məlumat verib.

O deyib ki, sənədləşdirmə işləri başa çatıb və internet televiziyasının fəaliyyəti üçün lazımı texniki avadanlıq alınıb: “Həm diaspora TV-də, həm də diaspora saytında Azərbaycan diaspora həyatında baş verən hadisələr, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatlarımızın gördüyü işlər, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan diasporasının həyata keçirdiyi tədbirlər barədə geniş məlumatlar veriləcək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO