Tanınmış yazıcı, maraqlı əsərlər müəllifi Kamil Əfsəroğlunun yaradıcılığı Rusiya mətbuatının da diqqət mərkəzindədir. Rusiya ədəbi mühitində öz çəkisi ilə seçilən “Don” jurnalının bu günlərdə nəşr olunmuş ikinci nömrəsində K. Əfsəroğlunun 4 əsəri- “Qan qoxusu”, “Soyuq ocaq”, “Kor tamaşaçılar” və “Ülgüc” hekayələri dərc edilib.
Həmyerlimizin bu əsərlərinin mövzusu da çox aktualdır. Hekayələrdə Qarabağ müharibəsi və insan taleyinin maraqlı məqamları əks olunub.
1924-cü ildən nəşr olunan “Don” jurnalı bir çox tanınmış qələm sahiblərinin yetişməsində böyük rol oynayıb.
Xatırladaq ki, yaradıcılığa ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayan Kamil Əfsəroğlunun əsərləri bir neçə xarici dildə nəşr edilib.