Azərbaycan Yazıçılar Birliyində gənc yazıçıların yaradıcılıqları müzakirə edilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənc yazıçıların yaradıcılıqları ilə bağlı müzakirələr keçirilib. APA-nın məlumatına görə, tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar, Gənc Yazarlar Birliyinin rəhbəri Rəşad Məcid, gənc yazarlardan Qismət Rüstəmov, Zərdüşt Şəfizadə, Vüsal Nuru, Yeganə Cansail və başqaları iştirak edib. Rəşad Məcid bildirib ki, gənclərin istedadlarının aşkara çıxarılması çox yüksək qiymətləndirilməlidir.
Birinci məruzəni Qismət Rüstəmov edib. Q. Rüstəmov “Xoş gəldin XXI əsr” adlı məruzə ilə çıxış edib. Onun məruzəsində ədəbiyyat sahəsində çatışmayan bəzi məqamlar öz həllini tapıb.
Daha sonra digər gənc yazarlar məruzə ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO