Azərbaycan Ukraynada keçirilən “Quran-Kərim “i avazla oxuyanların Beynəlxalq müsabiqəsində iştirak edəcək

Azərbaycan Ukraynada keçirilən "Quran-Kərim"i avazla oxuyanların Beynəlxalq müsabiqəsində iştirak edəcəkOktyabrın 24-25-də Ukraynada müqəddəs “Quran-Kərim”i avazla oxuyanların Beynəlxalq müsabiqəsi keçiriləcək. Müsabiqədə Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Moldova, Belarus, Rusiya və Ukraynadan təmsilçilər iştirak edəcək. Müsabiqə iştirakçıları bir neçə mərhələdə sınaqdan keçəcəklər: “Quran”ın 30 cüzünün hamısını əzbərdən demək, yarısını demək, dörddə birini demək və son 3 cüzünü demək. Tədbir Simferapolda fəaliyyət göstərən İslam Mədəni Mərkəzində baş tutacaq. Müsabiqə Küveytin Ümumdünya İslam Xeyriyyə Təşkilatının və Səudiyyə Ərəbistanının Müqəddəs “Quran”ı Öyrənmək Ümumdünya Təşkilatının dəstəyi ilə baş tutacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO