Azərbaycan səfirliyi erməni təcavüzünə həsr olunmuş kitabının təqdimatını keçirəcək

Bu gün ölkəmizin Gürcüstan respublikasındakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə ingilis və rus dillərində nəşr olunmuş “”Ermənistan respubliksının Azərbaycan respubliksına təcavüzü və hüqüqi nəticələri” adlı kitabın təqdimatını keçirəcək.
Səfirliyin yaydığı məlumata görə,kitaba BMT-nin Ermənistanın Azərbaycana təcavüzünü pisləyən 3 qətnaməsinin mətni də daxil edilib. Marriott Courtyard otelində baş tutacaq təqdimatda ölkəmizin bu ölkədəki fövqəladə və səlahiyyəıtli səfiri, professor Namiq Əliyev, habelə Gürcüstan hökumətinin və parlamentinin üzvləri, elm xadimləri, KİV təmsilçiləri və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Gürcüstan onlayn analitik informasiya mərkəzi

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO