“Azərbaycan-rusiya münasibətlərində Şimali Qafqaz faktoru ” adlı kitab

"Azərbaycan-rusiya münasibətlərində Şimali Qafqaz faktoru" adlı kitabAMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Ruslan Rəhimlinin “Azərbaycan-rusiya münasibətlərində Şimali Qafqaz faktoru” kitabı nəşr olunub. Monoqrafiyada 1991-1997-ci illərdə Şimali Qafqazda yaranmış etnosiyasi vəziyyət, bu regionda ortaya çıxmış problemlərin tarixi kökləri barədə məlumat verilir. O cümlədən, müstəqilliyin əldə edilməsindən sonra Azərbaycan-Rusiya münasibətlərinin xarakteri, SSRİ-nin iflasından sonra Şimali Qafqazda yaranan yeni etnosiyasi vəziyyətin mahiyyəti, əsas xüsusiyyətləri, müasir dövr Azərbaycan-Rusiya münasibətləri kontekstində Şimali Qafqazda yaranan problemlərin səbəbləri öyrənilir, yeni etnosiyasi reallıqlar araşdırılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO