Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi Avstriyaya gedəcək

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi Avstriyaya gedəcəkAzərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi Avstriyaya səfər edəcək. Fondan APA-ya verilən məlumata görə, noyabrın 22-dən noyabrın 29-dək səfərdə məqsəd Fondun beynəlxalq əlaqələrini genişləndirmək, KİV-ə dövlət dəstəyi sahəsində beynəlxalq təcrübəni öyrənmək, beynəlxalq media qurumlarını Fondun fəaliyyəti ilə tanış etmək, Vyana şəhərində Beynəlxalq Mətbuat İnstitutunun rəhbərləri ilə görüşmək, mətbuata maliyyə yardımı göstərən Avstriya Kommunikasiyalar Təşkilatı (Komavstriya) və media qurumları ilə təcrübə mübadiləsi aparmaqdır.

Fondun icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik edəcəyi heyətə Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev, sədr müavini, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Şuranın üzvləri – Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev daxildir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO