Polşanın Qdansk şəhərində Polşa-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşəbbüsü və Ticarət Palatasının dəstəyi ilə “Azərbaycan-Polşa ədəbi-mədəni əlaqələri” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Polşa ictimaiyyəti nümayəndələri, media təmsilçiləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Qeyd edək ki, tədbirdə “Azərbaycanın etnik mədəniyyəti”, “Azərbaycanla əlaqəli görkəmli polyaklar”, “Vətənpərvərlik”, “Polşa-Azərbaycan iqtisadi əlaqələri” mövzusunda çıxışlar səslənib.