Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə Ramiz Mehdiyev tərəfindən xüsusi tədbirlər planı icraya yönəldilib

“Azərbaycan hökuməti mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bəzi tədbirlər həyata keçirməyi düşünür. Bunları tədricən həyata keçirəcəyik”.

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, Azərbaycanda milli mətbuatın 135 iliyinin geniş qeyd olunması ilə bağlı prezidentin imzaladığı sərəncamda PA-ya, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna və Mətbuat Şurasına birgə tədbirlər planı hazırlamaq, mətbuat sahəsində xüsusi seçilən mətbuat orqanlarına və nümayəndələrinə prezident mükafatları verilməsi ilə bağlı tapşırıqlar verilib.

Şöbə müdirinin sözlərinə görə, bu sərəncam əsasında PA rəhbəri Ramiz Mehdiyev tərəfindən xüsusi tədbirlər planı təsdiqlənib və artıq icraya yönəldilib: “Bununla yanası, mərkəzi, yerli, icra hakimiyyətləri orqanlarına sərəncamdan irəli gələn məsələlərlə bağlı xüsusi tapşırıqlar verilib. Bu günlərdə həmin tapşırıqların icrasına başlanacaq. Yaxın zamanlarda isə bütün respublika ərazisində milli mətbuatın inkişafı ilə bağlı xüsusi tədbirlər keçiriləcək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO