Azərbaycan kitabxanalarında elektron kataloq və elektron resurslar bazası yaradılır

Dünən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Prezident Kitabxanası”nda (www.preslib.az), M.F.Axundov adına Milli Kitabxanada (www.anl.az), C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında (www.ryl.az) və s. elektron kitabxana və elektron kataloqlar istifadəçilərə təqdim edilib.

Mədəniyyət və Turizm nazirliyindən Lent.az-a verilən məlumata görə, kitabxananın informasiyalaşdırılması sahəsində müsbət təcrübə qazanmış “Prezident Kitabxanası” istifadəçilərə “Tammətnli elektron nəşrlər”, “Tammətnli verilənlər bazasında müxtəlif dillər və mövzular üzrə elektron mətn axtarışı xidməti”, “Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə dair əhəmiyyətli kitabların elektron versiyalarından ibarət kolleksiya”, “Elektron Kataloqun Verilənlər bazalarında biblioqrafik informasiya axtarışı”nı təmin edən bölmələr informasiya xidmətinin çoxşaxəli aparılmasına imkan verir.

Kitabxananın əməkdaşları tərəfindən Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə və incəsənətinə dair fundamental kitabların elektron versiyaları hazırlayıb. Elektron kitabxanada (http://www.elibrary.az) əsasən müasir və aktual mövzular “Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində”, “Qarabağ həqiqətləri”, “Tarixin qara səhifələri: Deportasiya. Soyqırım. Qaçqınlıq”, “Heydər Əliyev iqtisadi müstəqilliyimizin banisidir”, “İnkişaf – məqsədimizdir – Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daxili və xarici siyasəti” və s. mövzularda müxtəlif dillərdə kitablar yerləşdirib.

Kitabxananın fonduna daxil olan kitablar və dövri mətbuat materialları, həmçinin bir sıra rəsmi saytlar əsasında hazırlanmış ən qədim zamanlardan başlayaraq müasir dövrə qədər Azərbaycan xalqının keçdiyi tarixi yolu əhatə edən “Odlar yurdu Azərbaycan” adlı tammətnli elektron baza (www.odlaryurdu.az) xüsusi ilə əhəmiyyətlidir. Elektron bazada azərbaycançılıq, Azərbaycanın zəngin tarixi, iqtisadiyyatı, inzibati ərazi vahidləri, Heydər Əliyev, Azərbaycanlıların soyqırımı və deportasiyası, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında materiallar, faktlar, tarixi sənədlər sistemləşdirilərək 3 dildə dünya istifadəçilərinə təqdim edilir.

Azərbaycan kitabxanalarında ilk dəfə olaraq “Prezident Kitabxanası”nda istifadəçilərin onlayn müraciəti əsasında sənədlərin elektron çatdırılması xidməti təşkil edilib.
M.F.Axundov adına Milli Kitabxananın (www.anl.az) yaratdığı Elektron kitabxana müxtəlif sahələr üzrə – humanitar, texniki, təbiət, mikrofilm, dövri və ardı davam edən nəşrlərin tam mətni yerləşdirilib. Elektron kitabxana yaradılarkən əsasən yeni və aktual nəşrlərin tam mətni skaner olunaraq hazırlanır və oxuculara təqdim edilir. Elektron kitabxana mütəmadi olaraq zənginləşdirilir. Elektron kitabxanada ilk dəfə olaraq mikrofilmləşdirilmiş qədim kitablar və dövri mətbuat nümunələri oxucuların istifadəsinə verilir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əsasında Azərbaycan dilində latın qrafikası ilə çap olunmuş kitablar M.F.Axundov adına Milli Kitabxananın Elektron kitabxanasında yerləşdirilmişdir.
Milli Kitabxanada Elektron kataloq müxtəlif aspektlər üzrə müəllif, sərlövhə, predmet və s. üzrə aparılır. Elektron kataloqda kitablar, not-musiqi nəşrləri, kartoqrafiya, məqalələr, dissertasiyalar, avtoreferatlar, mikrofilmlər, dövri mətbuat üzrə axtarış aparmaq mümkündür.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında (www.ryl.az) kitabxana – biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində işlər aparmış, kitabxananın Elektron kataloqu və Elektron kitabxanası Azərbaycan gənclərinə təqdim edilib. Elektron kitabxanada əsasən Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsi, Qarabağ həqiqətləri, Xocalı faciəsi haqqında xarici müəlliflərin kitabları, habelə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəşr olunmuş Azərbaycan dilində latın qrafikalı kitabların tammətni yerləşdirilib. Elektron kitabxanada kitablar əlifba sırası ilə verilib.
Hazırda Elektron kitabxana və Elektron kataloqların yaradılması Azərbaycanın region kitabxanalarında davam etdirilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO